Hava dəyişdi, Zərdaba 16 mm yağış yağıb

0
60

Əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Bu barədə Zerdab.com saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.

Bildirilir ki, Zərdaba yağış 16 mm (aylıq normanın 68 %-i) yağıb.