Zərdabda 14 yaşlı qızı vurub qaçan sürücü saxlanıldı

1
dede-qorqud-meydani-zerdab

Zərdabda azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.

Zerdab.com saytı Trend-ə istinadən xəbər verir ki, hadisə Zərdab rayonunun Zərdabi küçəsi, “Dədə Qorqud” meydanı deyilən ərazidə baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Nərimanov Sübhan Fikrət oğlu idarə etdiyi “VAZ 21074” markalı 15 BS 112 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol keçən piyada, 2005-ci il təvəllüdlü Əliyarlı Nəzrin Elşən qızını vurub.

Sürücü dərhal hadisə yerindən qaçıb.

Azyazlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen + eleven =