Zərdablı qadın gecə saatlarında Bakıda həyatından oldu – Hadisənin təfərrüatı

0
piyada-qeza-olum-zerdab

Bakıda Zərdab rayonundan olan piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Mərdəkan-Bakı şosesində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vəliyev Emil Vəli oğlu etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı 02-BB-046 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.

Qadın hər iki qolun və hər iki ayağın sınığı xəsarəti alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Zərdab rayon sakini Nisə Qarayeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + eleven =