Tanınmış vəkil Zərdabda vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək

0
zerdab-vekil-asif-mahmudov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur. 30 iyul 1919-cu il tarixi – Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub. Bu il isə Azərbaycan vəkilliyinin 100 illik yubileyidir.
Zerdab.com saytına verilən məlumata görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin göstərişinə əsasən Azərbaycan vəkilliyinin 100 illiyinin qeyd olunması ilə bağlı Zərdab rayonunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Mahmudov Asif Yusif oğlu 30 iyul 2019-cu il tarixdə saat 09:00-dan 13:00-dək vətəndaşlara pulsuz hüquqi yardım göstərəcəkdir.
Vətəndaşların qəbulu vəkilin Zərdab şəhəri Ramiz Kərimov küçəsi 17 ünvanında yerləşən ofisində həyata keçiriləcəkdir. İstəyən şəxslər iştirak edə bilərlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × five =