“Əlaçı” verilişinin qalibi Tavad Xəlilova – Rayonumuzun daha bir fəxri

0
13689

Builki ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən Zərdablı məzunlardan biri də İ. Nəsimi adına Yarməmmədbağı kənd orta məktəbinin məzunu Tavad Xəlilova oldu.
Yaxınlarının Zerdab.com saytına verdikləri məlumata görə, Tavad Xəlilova ali məktəblərə qəbul imtahanında 611.4 bal toplayıb.

Açıqlanan nəticələrə əsasən, T. Xəlilova Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinə qəbul olub.
Məlumat üçün bildirək ki, bu, Tavad Xəlilovanın ilk uğuru deyil. Belə ki, 2018-ci ildə AzTV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olmuşdu.
Tavad Xəlilova həmçinin orta məktəbi qırmızı – fərqlənmə diplomu ilə başa vurub.
Biz də öz növbəmizdə Tavadı bu uğurları münasibəti ilə ürəkdən təbrik edir, doğmalarına, valideynlərinə gözaydınlığı verir, uğurlarının davamlı olmasını diləyirik.
İnanırıq ki, Tavad Xəlilovanın ən böyük uğurları hələ qarşıdadır.
Ona bu şərəfli və məsuliyyətli yolda uğurlar arzulayırıq.
Yolun açıq olsun, Tavad Xəlilova.