Millət vəkilimiz Jalə Əliyeva Zərdabda seçicilərlə növbəti görüşünü keçirdi – Fotolar

0
30

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevə Zərdab seçiciləri ilə növbəti görüşünü keçirib. 

MM-in payız sessiyasının başlanması ərəfəsində seçicilərlə rayonda keçirdiyi görüş və qəbulda deputat ölkədə aparılan böyük islahatlar, xüsusilə, sosial sahədə həyata keçirilən uğurlu addımlar, ölkə prezident İlham Əliyev tərəfindən ilin əvvəlindən ard-arda imzalanan sərəncamlar, fərmanlar, verilən tapşırıqlar haqqında bir daha geniş məlumat verilib, seçicilərlə ətraflı müzakirələr aparılıb.

Vətəndaşlar öz növbəsində ölkədə həyata keçirilən fəaliyyətdən böyük məmnunluq ifadə ediblər.

Eyni zamanda, millət vəkilindən hər bir ailəyə göstərdiyi diqqət və qayğıya görə ölkə prezidentinə təşəkkürlərini çatdırmağı deputatlarından xahiş ediblər.

Qeyd edək ki, son görüş və qəbulda 30-a yaxın vətəndaş, yerli sakin iştirak edib.

Həmçinin, diqqətçəkən məqam bundan ibarətdir ki, əgər 10-15 il bundan əvvəl insanlar bu tipli görüşlərdə işıq, su, qaz, yol məsələləri ilə bağlı müraciət, bu kimi problemlərin həllində yardımçı olmağı xahiş edirdilərdisə, indi bu yöndə müraciətlərin sayı 10 dəfədən çox azalıb.

Bunu elə deputat özü də bir neçə dəfə MM-in plenar və komitə iclaslarında etdiyi çıxışınlarında səsləndirib.

Millət vəkilinin seçicilərlə keçirdiyi görüşündə və növbəti qəbuluunda da dediyi kimi, çünki bu tipli problemlər artıq öz həllini tapıb.

O, “İnsanlarımız 10-15 il əvvəl qaz, su, işıq, yol, məktəb, körpü, xəstəxana istəyirdilər, tələb edirdilər. Lakin bütün bu məsələlər dövlət rəhbərinin rəhbərliyi ilə hazırlanan iqtisadi inkişaf proqramları çərçivəsində artıq çoxdan öz həllini tapıb. Bu gün isə görüşə, qəbula gələn insanların  müraciətləri belə demək mümkünsə, daha çox şəxsi xarakterli, məhəlli xarakterli məsələlərdir”– deyə, vurğulayıb.

Konkret son müraciətlərə gəlincə isə bunlar daha çox  veteranlıq statusunun tanınması, şəhid adının əbədiləşdirilməsi, aztəminatlı ailənin sosial müavinətlə təmin edilməsi, tibbi sığorta ilə bağlı problemin tezliklə həllini tapması, həmçinin, hansısa qonşular arasında və ya  hansısa ailədə yaranan münaqişənin məhkəmə yolu ilə ədalətli həllinə, o cümlədən,  “mübahisəli torpaq sahəsi” məsələsinin çözümünə kömək göstərilməsi ilə bağlı olub.

Görüş və qəbul zamanı həmçinin, Zərdab rayonunun mərkəzində bəzi küçələrin işıqlandırılmasında problemlər olduğu bildirilib və onun həllinə kömək göstərilməsi istənilib. Bununla yanaşı, dövlət qulluğu imtahanını müvəffəqiyyətlə  keçmiş bir neçə gənc mütəxəssisin arzu etdikləri müəssisələrdə işə düzəlməklə bağlı qarşılaşdıqları problemlər dilə gətirilib.

Əsas məqamlardan biri də odur ki, Zərdab rayon tamamilə qazlaşdırılıb. Sadəcə, beş kənd – Kəndəbil, Ağabağı, Cilovxanlı, Alıcanlı və Sileyli kəndlərinin qazlaşdırılması məsələsi qalıb ki, bununla da bağlı bir neçə ay bundan əvvəl deputata olan yazılı müraciət qısa bir müddətdə Nazirlər Kabinetinə, baş nazirə çatdırılıb. Eyni zamanda, baş nazirin tövsiyəsi ilə “Azəriqaz”a məktub göndərilib və  oradan da qazlaşdırılma işinə başlanılacağı haqqında məlumat verilib. Bu məsələdə də göstərdiyi köməkliyə görə zərdablı seçicilər öz deputatlarına təşəkkürlərini bildiriblər.

Bununla yanaşı, çox bərbad vəziyyətdə olan Zərdab-Mollakənd yolunun tezliklə əsaslı təmir edilməsinə köməklik göstərməsi ilə bağlı yerli sakinlərin müraciətlərinin deputat tərəfindən Nazirlər Kabinetinə, baş nazirə göndərilməsi və əlaqədar quruma – “Azəriyolservis”ə bununla bağlı tapşırıqlar verilməsi qəbula və görüşə gələnlər tərəfindən razılıqla, minnətdarlıqla qarşılanıb.

 Bundan başqa, rayonun Şahhüseynli kəndinin sakinlərinin su probleminin həlli ilə bağlı müraciətləri deputat tərəfindən Nazirlər Kabinetinə göndərilib və onun həlli 2020-ci ildə nəzərə alınacaq.

J. Əliyeva saytımıza qısa açıqlamasında isə hər bir görüş və qəbulun bir millət vəkili kimi onda xoş hisslər, duyğular yaratdığını, onlarla bir araya gəlməyin çox önəmli və əhəmiyyətli olduğunu söyləyib.

“Keçirdiyim son görüşlər və qəbulda da seçicilərlə, zərdablılarla bir arada olmaqdan, onlarla söhbətləməkdən məmnun qaldım. Bu cür görüşlər və qəbullar vacibdir, əhəmiyyətlidir. Həm millət vəkili olaraq bizlərin, həm də seçicilərin buna ehtiyacı var. Canlı ünsiyyət, canlı təmas, səmimi ortam tamam başqa şeydir.

Qeyd edim ki, seçicilər bir daha bütün müraciətlərinə vaxtında baxıldığı, əlaqədar qurumlara çatdırıldığı, onların həlli yolunda səy göstərildiyi üçün öz səmimi təşəkkürlərini bildiriblər. Eyni zamanda, bir daha ölkədə gedən böyük quruculuq işləri üçün minnətdarlıqlarını cənab prezidentə və ölkənin birinci xanımına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmağı xahiş ediblər…”-deyə, millət vəkili sözlərinə əlavə edib. Etikxeber.az