Zərdabda layihənin təqdimatı keçirilib

0

Zərdab Rayon Gənclər Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihənin təqdimatı baş tutub.

Zerdab.com saytı xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri Vəfa Xəlilli geniş məlumat verib. Sonra təşkilatın sədr müavini Eldar Xəlilov layihənin əhəmiyyəti və məqsədindən danışıb.

Vəfa Xəlilli hazırlanmış videoçarx vasitəsilə layihə, təşkilat və donor barədə, həmçinin Fondun hazırladığı “Gəncapp” mobil tətbiqi haqqında məlumatlar verib və könüllülük fəaliyyətinin vacibliyi gənclərə çatdırılıb.

Gənclərə Azərbaycan Gənclər Fondunun və “Asan Xidmət”in birgə həyata keçirdiyi Gənclik Proqramı haqqında danışılıb. Proqram haqqında məlumat verildikdən sonra təşkilatın sədri Vəfa Xəlillinin proqrama seçilmiş 30 nəfər gəncdən biri olduğu tədbir iştirakçılarına bildirilib.

Tədbirdə iştirak edən rəsmi qonaqlar Zərdab Rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Nağıyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov çıxış ediblər, layihənin əhəmiyyətindən, ölkədə vüsət alan könüllülük hərəkatına region gənclərinin bu layihə sayəsində böyük töhfə verə biləcəklərindən danışıblar.

Daha sonra könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olunub, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olunub. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcəyi iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirdə 50 nəfər iştirak edib. İştirakçılara bukletlər və dəftərxana materialları paylanıb və çay-kofe fasiləsi olub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen − thirteen =