Zərdabın İsaqbağı kəndində həqiqətə çevrilmiş arzu – Fotolar

0

Ölkəmizdə elə gün olmaz ki, müxtəlif bölgələrdə yol tikintisi üçün müvaffiq sənəd imzalanmasın. Hansı bölgəyə yolun düşür,  istər rayonlararası, istərsə də kəndlərdə yol çəkilişlərini görürsən. Dövlət başçısının xalqımıza göstərdiyi bu diqqət və qayğıdan, bizə də pay düşüb. Kəndimizdən keçən magistral yol olduqca rahat və keyfiyyətli çəkilib. Bu gün sakinlərimiz həmin yoldan çox rahatlıqla istifadə edə bilirlər. Bayaqdan 30-40 dəqiqəyə getdiyimiz çala-çuxur yolu, indi 6-7 dəqiqəyə gedə bilirik.

Bundan başqa, kəndimizdə yeni, müasir tipli 2 mərtəbəli məktəb tikilib, mavi yanacaq, yeni elektrik xətləri çəkilib. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin ölkə vətəndaşlarının rahatlığı üçün göstərdiyi diqqət və qayğıdır. Göstərilən bu xidmətlərə görə kəndimizin hər bir sakini adından ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

R. Rəhimov, Zərdab rayon İsaqbağı kənd sakini

Zerdab-İsaqbagi-kendi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three + nineteen =