“Poliqon”un Çağırış Kubokunun Zərdab rayonu üzrə seçim turu keçirilib

0
42

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Zərdab rayonu üzrə seçim turu keçirilib.

Zerdab.com saytı xəbər verir ki, 25 oktyabr 2019-cu il tarixdə baş tutan seçim turunda 21 orta məktəb komandasının 126 şagirdi gərgin intellekt mübarizəsi apardılar.

Yarışın nəticələrinə görə Gəlmə kənd tam orta məkdəbinin komandası birinci, Alıcanlı kənd tam orta məktəbin komandası ikinci, Bıçaqçı kənd tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görüldülər.

Qalib komandaların üzvülərinə Zərdab rayon gənclər və İdman İdarəsinin diplomları təqdim olundu. Növbəti seçim turları Ağdaş, Kürdəmir, Ucar, Ağcabədi və Laçın rayonlarının orta məktəb şəgirdləri arasında keçiriləcək. Seçim turlarında finala vəsiqə qazanmış komandalar noyabr ayı ərzində Zərdab rayonunda keçirilməsi planlaşdırılan I Çağırış Kubokunun final oyununda öz intellekt biliklərini sınayacaqlar.