Bu ilin 10 ayında Zərdabda 232 nəfər dünyasını dəyişib, 502 körpə doğulub – Statistika

0
dede-qorqud-meydani-zerdab

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 69 nəfərdir. Zərdab rayonunda  1 oktyabr 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. 

Zerdab.com Zərdab Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində Zərdab rayonun əhalisinin sayı 275 nəfər və ya 0,5 faiz artaraq 59042 nəfərə çatıb. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu ilin ilk 9 ayı ərzində rayonda 502, hər gün orta hesabla 1-2 körpə doğulub  ki, onların da 18,9 faizi şəhər və qəsəbələrdə, 81,1 faizi isə kənd yerlərində qeydə alınıb. Rayon üzrə təbii artım 270 nəfər olub.
Hesabat dövründə  Zərdab rayonunda 232 ölüm qeydə alınıb. Bundan 3 nəfəri 1 yaşa qədər ölüm olub. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınıb.  Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 15-19 yaşda 1, 25-29 yaşda – 2,  35-39 yaşda – 8,  45-49 yaşda – 9, 50-54 yaşda – 8, 55-59 yaşda – 20, 60-64 yaşda – 20, 65-69 yaşda – 18, 70-74 yaşda – 26, 75-79 yaşda – 22, 80-84 yaşda – 46, 85 yaşdan yuxarı – 47 nəfər ölüm halları qeydə alınıb. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 4,0-dan 3,9-a qədər azalıb. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olub.
2019-ci il yanvar-sentyabr  ayları ərzində rayon üzrə 202 nikah və 45 boşanma halı qeydə alınıb. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,7, qadınlar arasında isə 23,7 yaş təşkil edir.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − seven =