Zərdabda evdə partlayış olub, xəsarət alanlar var

0

Zərdab rayonunda evdə partlayış baş verib.

Zerdab.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sileyli kəndində qeydə alınıb.

Kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz balonu partlayıb. Nəticədə mətbəx tamamilə dağılıb, ev sahibi İ.Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Daha sonra vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərinə aparılıb.

Fakt araşdırılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten + 7 =