Zərdabda “Film günləri” keçirilib – Fotolar

0
33

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını davam etdirir.

Birlikdən Zerdab.com saytına verilən məlumata görə, layihə çərçivəsində 9-10 noyabr 2019-cu ildə Zərdab rayon Gənclər Mərkəzində “Film günləri” keçirilib.

Birinci gün Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov tədbiri açıq elan edib. Sonra layihə rəhbəri Vəfa Xəlilli layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Gənclər Fondu, “Gəncliyə Dəstək” İctimai Birliyi və layihə haqqında məlumat verib. Layihə çərçivəsində indiyədək keçirilmiş və keçiriləcək tədbirlərdən danışıb. Film günü 9 noyabr – Dövlət Bayrağı Gününə təsadüf etdiyindən gənclərə bu günün tarixi haqqında da məlumat verilib. Tədbirdə 30 nəfər gənc iştirak edib. Daha sonra “Mübariz” filmi nümayiş etdirilib. Film sonrasında çay-kofe fasiləsi olub.

“Film günləri”nin növbəti günü Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, layihə rəhbəri Vəfa Xəlilli və təşkilatın sədr müavini Eldar Xəlilov çıxış edib. “Sonsuzluk teorisi” adlı motivasiya filmi nümayiş etdirilib.

Qeyd edək ki, layihənin məqsədi region və kəndli gənclər könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.