Zərdabın yeni icra başçısı vətəndaşların problemlərini dinlədi – Fotolar

0
33

Zərdab rayonunun Əlvənd kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.

İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.