Zərdabda daha bir yaşayış məntəqəsinə qaz verildi – Açılışdan fotolar

0
31

Zərdab rayonunun Bəyimli qəsəbəsinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. Qəsəbədə 24564 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilib. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər çəkilmiş qaz xətti 106 abonentə xidmət edəcək.

Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev qəsəbə sakinlərini mühüm hadisə münasibətilə təbrik edib. Bildirilib ki, beləliklə rayonun 38-ci yaşayış məntəqəsi təbii qazla təchiz edilir. Mərasimdə çıxış edən qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin çəkilişi işlərində fəallıq göstərən işçilərə hədiyyələr təqdim olunub.

zerdab-beyimli-qaz1

Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Hüseyn Şirinov iştirak edib.