Zərdablı müəllimdən nümunəvi addım – Siz də qoşulun – VİDEO

0
rauf-rahim-isaqbagi

QIRQOVULLAIRI TƏBİƏTƏ QAYTARAQ! Ölkəmizin Kür çayı boyunca uzanan Tuqay meşələrini təbiət inciləri saymaq olar. Tarixi məlumatlara görə ötən əsrin 20-ci illərinə qədər bu meşələr Kür çayı boyunca Xəzər dənizinə qədər uzanırmış. Sonralar kənd təsərrüfatı və sənayenin inkşafı ilə bağlı bu meşələr sürətlə qırılmış və sahələri kəskin şəkildə azalıb.

Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də  alimlərin diqqət mərkəzindədir. Son illər Tuqay meşələrinin bərpası ilə bağlı dövlətimiz tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilib.

Kür boyu meşə təsərrüfatlarında indiyə kimi 15 min hektara qədər süni meşə salınıb.  Kür boyu yaşayış məntəqələrinin qazlaşdırılması da meşə fondlarının bərpasına və qorunub saxlanmasına öz töhvəsini verib.

Bununla belə meşələr bərpa olunsa da, bunu meşələrin faunası barədə demək çox çətindir. Məsələn, Tuqay meşələri var olandan həmin meşələrin sakini olan Qırqovulların nəsli Ağdaş mesələri istisna olmaqla, digər meşələrdə kəsilib.

Bir vətəndaş olaraq özumə borc bilərək hesab edirəm ki, təbiət gözəli Qırqovulların tuqay meşələrinə öz evlərinə qaytarılması üçün, mütləq tədbirlər görməliyik.

Bu məqsədlə aşağıdakıları təklif edirik:

1.Zərdab rayonu ərazisindəki Tuqay meşələrinin mövcud vəziyyətdə Qırqovul quşlarının yaşamaları üçün nə qədər əlverişli olmağı barədə mütəxəssis rəylərinin alınması (İctimai əsaslarla həyata keçiriləcək).

2.Gələcəkdə təbiətə buraxıılacaq quşların sayının və yaşayış arealının müəyyən edilməsi (İctimai əsaslarla həyata keçiriləcək).

3. Təbiətə buraxılacaq 10 cüt qırqovul quşunun alınması (10 cüt x 50 manat = 500 manat).

4. Qırqovul quşlarının  buraxılacağı ərazilərdə qoruyucu – xəbərdaredici lövhələrin hazırlanması və yerləşdirilməsi – 100 manat.

5. Layihəni maliyyələşdirəcək donorlarla birlikdə fəaliyyətimizi mətbuat və televiziya kanallarında işıqlandırmaq.

6. Orta məktəblərdə şagirdlər arasında layihə ilə bağlı mühazirələr aparmaq.

Rauf Rahim, müəllim.

Zərdab rayonu

http://toxum.org/view-project.php?qirqovullairi-tebiete-qaytaraq-26&fbclid=IwAR1YDS1aQLra92_bDqyAHEEK5d7mIFzsms9AZXiqefdAMrYtCTkWViS6tLY

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 1 =