Gülağa İsgəndərov Zərdab Rayon Təhsil Şöbəsinə müdir təyin edildi – Nazirdən əmr

0
gulaga-isgenderov

Zərdab Rayon Təhsil Şöbəsinə müdir təyinatı olub.

Zerdab.com saytı xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun müfaviq əmri ilə bu vəzifəyə əməkdar müəllim Gülağa İsgəndərov təyin edilib.

Gülağa İsgəndərov bu təyinatadək Zərdab rayon Gəlmə kənd orta məktəbində direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva olub.

Zerdab.com saytı oxucular üçün maraqlı olacağını nəzərə alıb Gülağa İsgəndərovun həyat yolu ilə bağlı məlumatları təqdim edir.

G. İsgəndərov 1963-cü ilin fevral ayının 6-da Zərdabda anadan olub.

1981-86-cı illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb.

1995-ci ildən 2007-ci ilin aprel ayına kimi Zərdab rayonunun Salahlı kənd orta məktəbində direktor vəzifəsində çalışıb.

2007-ci ilin aprel ayının 2-dən etibarən isə Gəlmə kənd orta məktəbinə direktor təyin edilib.

Onun direktoru olduğu Gəlmə kənd orta məktəbi 2012-ci ildə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub.

2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gülağa İsgəndərov “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Onun direktoru olduğu məktəbin komandası 2 dəfə “Cəsurlar” hərbi-idman və turizm oyunlarının respublika final mərhələsinin qalibi olub.

Rayonumuzun ən savadlı müəllimlərindən biri olan G. İsgəndərovun direktoru olduğu məktəb məzunlarının ali məktəblərə qəbul statistikasına görə Zərdabda ön sıralarda yer alıb.

Zerdab.com saytının kollektivi Gülağa müəllimi bu təyinat münasibəti ilə təbrik edir, yeni və məsuliyyətli işində uğurlar arzulayır.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + eighteen =