Bu şəxs özünü Zərdabda polis kimi təqdim edirmiş?

0
vasif-haqverdiyev

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

Zerdab.com xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

Araşdırmalar zamanı V. Haqverdiyevin özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadından üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pul alaraq aldatması müəyyən edilib.

Həmçinin onun müxtəlif vaxtlarda Zərdab rayonu ərazisində də analoji cinayət törətdiyi istisna edilmir. DİN həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşların “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələrini xahiş edib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − 5 =