Zərdabda iki qardaşı it dişlədi

0
46

Zərdab rayonunda iki qardaşı it dişləyib.

Hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb.

Əliyev Günəş Ağabala oğluna qonşunun iti hücum edib. Onun köməyinə yaba ilə gələn qardaşı Əliyev Səmral Ağabala oğlunu isə başqa bir it dişləyib. Hər iki qardaş ayaq və biləklərindən xəsarət alıb. 

Onlar həkim müayinəsindən sonra evə buraxılıb. Hazırda həm onlar, həm də itlər müşahidə altında saxlanılır. oxu.az