YAP-ın Zərdabdan deputatlığa namizədi bu şəxs oldu – Urfan Əhmədov kimdir? – DOSYE

2
43

YAP-ın deputatlığa namizədlər siyahısı açıqlanıb. Zerdab.com saytı xəbər verir ki, siyahı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli iclasında təsdiq edilib.

Siyahıya əsasən, 92 saylı Zərdab-Ucar seçki dairəsindən YAP-ın namizədi Əhmədov Urfan Nizaməddin oğludur.

Bəs Urfan Əhmədov kimdir?

Zerdab.com saytı U. Əhmədovun həyat yolu barədə məlumatları təqdim edir.

Əhmədov Urfan Nizaməddin oğlu. 1966-cı il aprel ayının 5-də Zərdab şəhərində anadan olub. 1973-cü ildə Zərdab şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə gedib,1983-cü ildə həmin məkətbi bitirib. Elə həmin il İnşaat Mühəndisləri Universitetinin sənaye və mülki tikinti fakültəsinə qəbul olub. Həmin Universiteti bitirərək inşaatçı-mühəndis ixtisasını alıb. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 10.09.1986-cı ildən 03.03.1989-cu ilə qədər Zərdab Təsərrüfatlararası tikinti idarəsində fəhlə, 04.03.1989-cu ildən 28.09.1992-ci ilə qədər Zərdab rayonu İcra Hakimiyyəti Başçısı aparatının ümumi şöbəsində kadrlar üzrə böyük müfəttiş, 28.09.1992-ci ildən, 23.12.1994-cü ilə qədər Zərdab rayonu İcra Hakimiyyəti Başçısı aparatında Hümanitar məsələlər üzrə şöbədə məsləhətçi, 24.12.1994-cü ildən 08.08.2008-ci ilə qədər Zərdab Rayonu Gənclər və İdman idarəsinin rəisi, 08.08.2008-ci ildən 11.09.2009-cu ilə qədər Zərdab Rayon İcra Hakimiyyəti Başçısı aparatında ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 25.08.2016-cı ildən 27.10.2016-cı ilə qədər Zərdab Rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından etibarən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi, baş məsləhətçi vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

Zerdab.com

urfan-ehmedov

2 ŞƏRH

  1. Həmd olsun gözəl Allaha. Bəlkə Zərdab da ağ günə çıxar. Namizədimizə uğurlar

Comments are closed.