Zərdabda polislər qanunsuz silah gəzdirən şəxsi saxladı

0
25
qanunsuz-silah

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Zerdab.com saytına verilən məlumata görə, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab RPŞ-yə gətirilib. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1ədəd “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.