Zərdabda 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib – Fotolar

0
merdan-camalov

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş divar qəzetlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirib, daha sonra Şəhidlərin Xatirə parkında abidə önünə güllər qoyublar.
Tədbirdə rəsmi hissə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə anım mərasimində çıxış edərək bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir diləyib. Mərasimdə kompozisiya nümayiş etdirilib.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilib. Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər düzüblər.


Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 + thirteen =