Zərdabda intihar edən 3 uşaq atasının fotoları

0
36

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayonun Məlikli kənd sakini, 1990-cı il təvəllüdlü Manaflı Laçın Əmrah oğlu intihar edib.

Zerdab.com saytına verilən məlumata görə, 3 uşaq atası, Laçın Manaflı rəsmi olaraq heç bir yerdə işləmirmiş və şəxsi təsərrüfatda çalışırmış.

Mərhum mehriban xasiyyəti, insanlarla xoş münasibəti ilə tanınırmış.

Hadisə baş verən gün isə o heyvanlara ot vermək adı ilə evdən çıxıb, amma sonra geri qayıtmayıb. Edilən zənglərə isə cavab verməyib.

Daha sonra onun meyiti aşkarlanıb.

Qeyd edək ki, bir neçə il öncə baş verən yanğın zamanı Laçın Manaflının anası və oğlu xəsarət almışdı.

Laçın Manaflı 5 bacının yeganə qardaşı idi.

Mərhumun doğulub boya-başa çatdığı ailə yaşadıqları kənddə ən hörmətli ailələrdən biridir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zerdab.com saytı mərhumun fotolarını təqdim edir.

Allah rəhmət eləsin.