Jalə Əliyeva seçicilərlə görüşləri davam etdirir – Fotolar, VİDEO

0
32

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva seçki kampaniyasını uğurlu şəkildə davam etdirir.

J. Əliyevanın Seçki Qərargahından Zerdab.com saytına verilən məlumata görə, deputatlığa namizəd bu dəfə Seçki Dairəsinə daxil olan Ucarın Bərgüşad kəndinin sakinləri ilə açıq havada və isti ortamda görüş keçirib.

Ucar seçiciləri də zərdablılar kimi, deputatlığa namizədi hərarət və sevgi ilə qarşılayıblar.

Onun ötən illər ərzində təkcə Zərdab üçün deyil, Ucarın 92 saylı Dairəyə aid olan kəndlərinin (Bərgüşad, Lək və Xələc) də problemlərinə, qayğılarına xüsusi həssaslıq və diqqətlə yanaşdığını dilə gətirib, deputatlarına minnətdarlıqlarını bildiriblər.

Çıxış edən kənd ağsaqqalları və ziyalılardan Hacı Səməd Alıyev, Səxavət Mehdiyev, Yusif Baxışov, Ramiz Rəhimov və başqaları Bərgüşad və digər iki kəndlə bağlı qaldırdığı bütün məsələlərə, ələlxüsus, Ucarın 5 kəndinin suya tələbatını ödəmək üçün Sirvan kanalının genişləndirilməsinə olan ehtiyacı ötən illərdə bir necə dəfə parlament kürsüsündən səsləndirdiyinə, bunu bir tələb kimi Nazirlər Kabineti qarşısında qaldırdığına görə, deputatlarına minnətdatlıq duyğularını ifadə ediblər.

Eyni zamanda, kənd Mədəniyyət Evinin əsaslı təmirə ehtiyac olduğunu deputatlarının illər ərzində diqqət mərkəzində saxladığı üçün ona təşəkkürlərini bildirib, o cümlədən, bu məsələnin həllinin tapması üçün bundan sonra da köməkliyini əsirgəməməsini ondan xahiş ediblər.

Çıxışçılar daha sonra Ucar-Zərdab-Ağcabədi yolunun əsaslı təmir-tikinti işlərinin plana salınması və başladılaraq sürətlə davam etdirilməsinə görə, başda ölkə Prezidenti olmaqla, aidiyyatı qurumlara və şəxslərə, o cümlədən, deputatlarına təşəkkürlərini dilə gətiriblər.

Deputatlığa namizədin növbəti görüşü 92 saylı Seçki Dairəsinə daxil olan Ucar rayonunun Lək və Xələc kəndlərinin sakinləri ilə Lək Mədəniyyət klubunda coşqulu görüşü keçirilib.

Qeyd edək ki, Lək Mədəniyyət klubu qədim tarixə malik və gözəl memarlıq abidəsi olan klubdur. Amma son zamanlarda onun böyük təmirə ehtiyacı var.

Eyni zamanda, bu Mədəniyyət klubunun əsaslı təmiri məsələsinin həyata keçirilməsi üçün J. Əliyeva öz çıxışlarında dəfələrlə müvafiq qurumlara, Nazirlər Kabinetinə müaricətlərini edib.

Bu görüşdə də, ilk növbədə deputatlarından adıçəkilən Mədəniyyət klubunun bərpa edilməsi xahişi önə çəkilib.

Həmçinin, bu məsələnin deputatın diqqətində olduğunu bilən və bildirən seçicilər bunun üçün təşəkkürlərini ifadə edərək, eyni zamanda, bir daha bu məsələyə diqqət çəkilməsini J. Əliyevadan xahiş ediblər.

Lək kəndinin sakinləri Mirmehdi Heydərov, Hacı Mərdan Əliyev, Hacı Rövşən İsmayılzadə çıxışlarında həmçinin, kəndin içməli su probleminin olduğunu dilə gətirərək, məsələnin həllinə nail olmaq üçün köməklik göstərməsini J. Əliyevadan xahiş ediblər.

Onu da qeyd edək ki, quraqlıq ucbatından bu il bu problem daha  da dərinləşib.

Bu baxımdan, görüşdə o da vurğulanıb ki, daha əvvəlki illərdə deputat öz fəaliyyətində bu məsələyə çox geniş yer verib. Amma bir daha ondan köməyini əsirgəməməsini xahiş ediblər.

Görüşdə həm də kənd məscidinin qazlaşdırılması məsələsini bir xahiş kimi önə çəkiblər. Bu işdə də köməklik göstərilməsini xahiş ediblər.

Görüşdə çıxış edən adları çəkilən kəndlərin axundları J. Əliyevaya öz xeyir-dualarını veriblər, millət vəkilinə hər bir məsələyə diqqətlə yanaşdığı üçün təşəkkürlərini ediblər.

Çıxışçılar, ümumiyyətlə, Ucarda gedən böyük quruculuq işləri, inkişaf üçün ölkə Prezidenti İlham Əliyevə, birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya çox böyük minnətdarlıq bildiriblər.

Bu yerdə qeyd etməyə dəyər ki, görüşün sonunda seçicilər deputatları ilə şəkil çəkdirmək arzularını dilə gətitiblər.

Ən maraqlı məqam isə görüşə gələn qadınların içərisində Zərdab rayonundan həmin kəndə gəlin köçmüş iki xanımın-Sevil və Zülfiyyə adlı xanımların olması olub.

Onlar arzularını bildiriblər ki, deputatla şəkil çəkdirsinlər, hətta, onu evlərinə də dəvət ediblər.

J.Əliyeva da öz növbəsində onlara deyib ki, “çox da uzağa gəlin köçməmisiniz ki?! Dünyanın o başına gəlin köçməmisiniz… Ləklə Zərdabın arası çox şükür ki, 10-15 kilometrdir və ümumiyyətlə, böyük vətənimizin hər qarış torpağı birimiz üçün vətəndir”.

Deputatlığa namizəd, professor Jalə Əliyeva fevralın 1-də Zərdab rayonunun Otmanoba kəndində veteran toyuna da qatılıb.

Kənd sakinləri Bəhruz və Günel Müslümovların övladırının toyunda iştirak edən millət vəkili məclis iştirakçıları tərəfindən səmimiyyətlə və isti münasibətlə qarşılanıb.

Qeyd edək ki, toy sahibi B. Müslümov Qarabağ müharibəsi veteranıdır.

Onun övladı-qızı Həcər xanım Cahid adlı oğlanla ailə qurub.

Həmçinin, qeyd edək ki, toya qatılan Qarabağ müharibəsi iştirakçıları, veteranları deputatlığa namizədin başına yığışıb, ona dəstəklərini ifadə ediblər.

Qarabağ Əlilləri,Veteranları, Şəhid Ailələri İctimai Birliyi Zərdab rayon şöbəsinin sədri Yediyarov Neman, Qarabağ müharibəsi əlilləri – Kərimov İlqar, Kərimov Telman, İsmayılov Fariz, Müslümov Bəhruz və başqaları 9 fevral seçimlərinin J. Əliyeva olduğunu qeyd edib, zərabalıları ona yenidən etimad göstərməyə çağırıblar.

Öz növbəsində J. Əliyeva ailə quran cütlüyü təbrik edib, onlara öz xeyir-duasını verib.

Veteranların, şəhid və əlil ailələrinin hər birinin qarşısında baş əydini bildirib, dövlətin daim bu kateqoriyadan olan insanların qayğılarını diqqətində saxladığını və onların hər birinin zəhmətinin, fədakarlığının dəyərləndirildiyini bir daha diqqətə çatdırıb.

O, toy iştirakçılarına “Hər birinizin qapınızda belə bir büsat, məclis, toyb-bayram və ən pis günümüz də bax bugünkü kimi olsun. O gün olsun ki, Qarabağımız işğaldan azad edilsin və veteranlarmızın, əlillərimizin əlini sıxıb təbrik etmək qismətimiz olsun”, deyib.

J. Əliyeva həmçinin, Prezident, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə vətəni hər an qorumağa hazır olan igidlərimiz haqda danışıb, Qarabağ veteranlarından bəhs edib, veteranlara minnətdarlığını bildirib.

Eyni zamanda, toy iştirakçıları millət vəkili-deputatlığa namizədin çıxışını-təbrikini alqışlarla gurultulu müşaiyət ediblər.

Bununla yanaşı, deputatlığa gözəl bir mahnının sədaları altında toy sahibləri-Qarabağ müharibəsi veteranları ilə rəqs edib.