Zərdab sakini Bakıda qadına qarşı quldurluq edib – Təfərrüat

0
28

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.

Xətai rayon ərazisində Bakı şəhər sakini L. Bağmanovanı naməlum şəxs hədələyək çantasının içindəki pullarını, telefonları, maaş və təqaüd kartlarını quldurluq yolu ilə götürüb.

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsi və 36-37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri araşdırma nəticəsində naməlum şəxs müəyyən edilib.

Nəticədə Zərdab rayon sakini, əvvəllər də məhkum olunan 41 yaşlı C. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.apa