Zərdabda 407 istehsalçı ilə emal müəssisələri arasında müqavilə bağlandı

0
30

Zərdab rayonunda emal müəssisələri ilə 407 istehsalçı arasında 2298,2 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.

Rayon icra hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, müqavilələr “MKT-İK” MMC-nin Zərdab filialı ilə 308 nəfər istehsalçı arasında 1048,2 hektar, “P-Agro” MMC-nin Zərdab filialı ilə 99 nəfər arasında 1250 hektar üçün bağlanılıb.

Sahələrdə cari ilin əkini, gələcək yüksək məhsuldarlıq üçün hazırlıq işləri aparılır. Artıq rayon üzrə çiyid səpiləcək 2190 hektar sahədə dondurma şumu çıxarılıb.

Şum işlərinin 1005 hektarı “MKT-İK” MMC-nin, 1185 hektarı isə “P-Agro” MMC-nin Zərdab filialları tərəfindən həyata keçirilib.