Zərdabda Xocalı soyqırımı qurbanları anıldı – Fotolar

0
27

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilib.

İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, əvvəlcə Rayon İcra Hakimiyyətində Xocalı soyqırımına həsr olunan rəsmlərdən və divar qəzetlərindən ibarət sərgiyə baxış keçirilib.

Rayon rəhbərliyi, müxtəlif təşkilat və dövlət qurumlarında çalışanlar, ictimaiyyət nümayəndələri Şəhidlərin xatirə parkını ziyarət edib, abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar.

Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ermənilərin xalqımıza qarşı törətdikləri qətliam və faciələr barədə ətraflı məlumat verib.