Bu, çox ağır xəbər oldu, Vasif…

0
vasif-selimov

Vasifin dünyadan köçməsi xəbərini elə indicə sosial şəbəkədə oxudum. Həmişə telefonla danışdığım, amma heç vaxt üzünü görmədiyim Vasifin.

Kimliyindən asılı olmayaraq – tanıdığım insanların dünyadan köçməsi ilə bağlı xəbər alanda ilk dəfə həyəcandanmı, sarsıntıdanmı – elə bilirəm boynumun ardından qəfil zərbə ilə vururlar.

Vasifin vəfatı ilə bağlı paylaşımı görəndə də ilk saniyədə elə bir hiss keçirdim.

Vasif nə mənim dostum olub, nə də sirdaşım.

Gənc idi, bildiyim qədər ailəli, savadlı və perspektivli bir gənc idi. Belə gəncləri qəfil itirməyimiz öz “kisəmizdən” gedir.

***

Bəziləri vəzifəyə gələn kimi elə bilirsən alçaq dağları bu yaradıb.

Salamı, yerişi elə dəyişir ki, düşünürsən buna salam verməsəm yaxşıdır.

Ya da onunla elə özünü apardığı kimi davranırsan ki, ağılı başına gəlsin – gəlir də.

Vasif haqqında bayaqdan sosial şəbəkədə yazılan şərhləri oxuyuram. Elə adamlar onun haqqında xoş sözlər yazıblar ki, səmimi olduqlarına əminəm.

Vasif bildiyim qədərilə xeyli müddət Zərdab Rayon İcra Hakimiyyətində başçının köməkçisi işləməsinə baxmayaraq, özünü başqalarından üstün tutmayan bir insan olub.

Sadəliyi, səmimiyyəti, qarşısındakı insana hörmətlə yanaşan, onu başa düşən insanlardan olub.

Hətta bir-iki dəfə müəyyən səbəblərdən işdən çıxmaq istədiyini də deyirdilər…

Sonuncu dəfə ona zəng vuranda telefonuna zəng çatmamışdı. Səhəri gün xəstələndiyi üçün müvəqqəti olaraq işə çıxmadığını dedilər – bir neçə ay əvvəl. Sonra əməliyyat olunduğunu eşitdim.

İndi isə vəfatı xəbərini oxuduq.

Vasifin ölüm xəbəri hər nə qədər sarsıdıcı olsa da, bir növ bizlər üçün də bir dərs, ibrət olmalıdır.

Heç nəyi ilə biz yaşıdlarından zəif olmayan – əksinə, vəzifə, imkan baxımından xeyli üstün olan bir insan bir neçə ayın içərisində xəstələndi və dünyadan köçdü.

Nə müalicə, nə iynə-dərman dərdinə dərman olmadı.

Ölüm haqdır və hər birimiz o günü tez və ya gec yaşayacağıq, heç birimiz dünyanı tutub durası deyilik.

Deməli, yaxşı insan olmalıyıq, pislik etməməliyik, günah işləməməyə çalışmalıyıq.

Vasif gənc yaşında dünyadan köçməsi ilə bizə həm də o mesajı verdi.

İnsanın hansı yaşda ölməsi önəmli deyil, önəmli olan dünyadan köçəndə necə xatırlanmasıdır. Vasifin hər zaman rəhmətlə xatırlanacağına inanıram.

Bu, çox ağır bir xəbər oldu…

Bu yazını səninlə danışırammış kimi kompüterin qarşısına keçib hansısa hissin təsiri ilə birnəfəsə yazıram, qardaş.

Nə vaxtsa belə bir yazı yazılacağı yəqin ki, nə sənin, nə də mənim ağlıma gəlməzdi.

Məkanın cənnət olsun, səsini eşidib, üzünü heç vaxt görmədiyim insan…

Allah ailənə və hörmətini qazandığın insanlara səbr versin.

Amin…

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × two =