Martda 15 gün iş olmayacaq

0
30

Mart ayında 15 gün iş olmayacaq.

Zerdab.com Binəqədi.info saytına istinadən xəbər verir ki, gələn ay ilk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik.

Martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq.

Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-i, 8-i və 9-u istirahət edəcəklər.

On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək.

Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək.

Ümumilikdə, martın 25-i və 26-sı da istirahət günləri olacaq.