Zərdablı müəllimə kömək istəyir – Müraciət

0
natevan-kerimli-zerdab

Zərdab rayon sakini, müəllimə Natəvan Kərimli 14 yaşlı oğlunun əlil qalmaması üçün kömək istəyib.

Zerdab.com saytına verilən məlumata görə, oğlanın çanaq sümüyünün dəyişdirilməsi əməliyyatına görə, səkkiz min manata yaxın pul tələb olunur. Zərdab rayonunda kənd məktəbində müəllim işləyən, övladını tək böyüdən 43 yaşlı ana üçün bu böyük məbləğdir. N.Kərimlinin dediyinə görə, o, heç min manat da toplaya bilməyib.

Səkkiz yaşında Nihada çanaq sümüyünün 1/3 hissəsinin kistası diaqnozu qoyulub, sonra o, bununla bağlı əməliyyat edilib. Həkimlər sümüyün zədələnmiş hissəsini çıxarıb, süni vasitə ilə əvəz ediblər. Bundan sonra Nihad gəzərkən sürətini artırdıqca axsamağa başlayıb.

Təkrar müayinələr zamanı xəstəliyin yenidən başladığı müəyyən olunub. Kistalar çanaq sümüyünü əzməyə davam edib – bu müayinə zamanı aydın şəkildə görünüb. Natavan Kərimovanın sözlərinə görə, həkimlər təəccübləniblər, çünki kist onkoloji mənşəli deyildi və əməliyyat kömək etməli idi. Kistanın yayılmasının oğlanın intensiv böyümə dövrü ilə əlaqəli olduğu yeganə ehtimal olub.

Xəstəliyin dərmanla müalicəsi yoxdur. İndi Nihad təcili olaraq təkrar əməliyyat olunmalıdır. Yoxsa kistadan sıxılmış sümük hissə ən az ağırlıqdan belə hər an qırıla bilər. Bu vəziyyətdə müalicə daha çətin və bahalı olacaq. Çünki süni sümük tozundan əlavə, sümük tam əmələ gəldikdə ikinci əməliyyat zamanı çıxarılması lazım olan xüsusi bərkliyi olan müvəqqəti vasitələrə ehtiyac duyulacaq. Bu vəziyyətdə reabilitasiya prosesi də uzun və ağrılıdır. Ancaq ən pisi, əlil olmaq riskinin yüksək olmasıdır. Heç bir şey edilməzsə, bütün çanaq sümüyü protezlə əvəz edilməli olacaq. Ana bacardığı qədər uşağı qoruyur və çanaq sümüyünün qırılmaması üçün hər gün dua edir.

Natəvan xanım sonra bildirib: “Devalvasiyadan əvvəl etdiyimiz ilk əməliyyat zamanı üç bağlama sümük tozunun qiyməti 1500 manata başa gəldi. İndi daha da bahalaşıb. Haralara getməmişəm, getdiyim hər yerdə hamı eyni sözü deyir: dövlət xəstələri sümük transplantatorları ilə təmin etmir. Mənə hətta Səhiyyə Nazirliyinin Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bunu təsdiqləyən rəsmi şəhadətnamə verilib. 1 yanvar 2020-ci ildən bu məsələlərlə məşğul olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) işçiləri mənə bildirdilər ki, sümük toxumasının alqı-satqısı hazırda Azərbaycanda həyata keçirilmir. Eyni zamanda, bizə bildirdilər ki, əməliyyatdan sonra heç bir residiv olmayacağına zəmanət verilmir”.

Buna baxmayaraq, Natəvan xanım çıxış yolu tapdığını da söyləyib: “Biz Sankt-Peterburqdakı R.Vreden adına “Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun həkimləri ilə əlaqə saxladıq. Onlar görüntüləri araşdırdıqdan sonra sümük dəyişdirmə əməliyyatı keçirməyə hazır olduqlarını və xəstəliyin yenidən qayıtmayacağını vəd ediblər. Ancaq bunun üçün vəsait lazımdır. Xahiş edirəm, mənə kömək edin! Mən Xoşqədəm Hidayətqızına, Zaur Baxşəliyevə, Hacı Nurana müraciət etmişəm, amma onlar mənə kömək etmədilər. Bəlkə də uşağım kifayət qədər xəstə görünməyib”.

Natəvan Kərimliyə maddi yardım göstərmək istəyənlər onunla bu nömrə ilə əlaqə saxlaya bilərlər: (+99450) 724-77-21.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen + seven =