50 min işsiz qeydiyyata alınaraq onlara da müavinət veriləcək

3
28

Sosial izolyasiya dövründə fəaliyyət göstərə bilməyən 50 min nəfərin qısa müddətdə qeydiyyata alınması və onlara da yaşayış minimumu məbləğində yardımın verilməsi nəzərdə tutulur.

“Təxminən 900 min nəfərə qədər büdcədə və 700 min nəfərə qədər özəl sektorda çalışan işçilərin epidemiya dövründə orta aylıq əmək haqqının saxlanılması ciddi məsələdir. Bu həm də vətəndaşın işləmədiyi dövrdə onun sosial təminatının qorunub-saxlanılması və ailənin sosial ehtiyaclarının dövlət tərəfindən qarşılanması baxımından çox ciddi addımdır. Eyni zamanda burada təkcə muzdlu işləyən koteqoriyadan söhbət getmir. Sosial təminata ehtiyacı olan şəxslərin sosial müdafiəsinə yönələn addımlardan da söhbət gedir.

Xüsusilə yoxsulluq həddində yaşayan kasıb ailələrə dövlət dəstəyinin göstərilməsi, o cümlədən ünvanlı sosial yardımın verilməsinin davamlı şəkildə aparılması, o ailələrə 190 manat yaşayış minimumu məbləğində sosial yardımın verilməsinin nəzərdə tutulması, işsiz kateqoriyasında olan 50 min nəfərin qısa müddət ərzində iş axtaran kimi qeydiyyata alınması və dövlət tərəfindən onlara da 190 manat məbləğində aylıq müavinətin verilməsi və yoxsul ailələrdən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi – bunlar hamsı çox ciddi sosial müdafiə tədbirləridir”.

3 ŞƏRH

  1. 24 yaşdayam ! Ata ana pensiyaçi , torpağ yox 190 manat mene hansi əsaslarla şamil edilmedi ?

Comments are closed.