Millət vəkili Jalə Əliyeva bu dəfə seçicilərini onlayn qaydada qəbul etdi – Fotolar

0

92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva karantin rejimi dövrünün şərtlərini nəzərə alaraq, seçicilərini onlayn qaydada qəbul edib.
Zerdab.com saytı xəbər verir ki, millət vəkili seçiciləri ilə onlayn görüşdə onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili seçicilərin müraciətləri ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması ilə əlaqədar fikirlərini bölüşüb.

Görüşdə pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər də müzakirə edilib.
Deputat seçiciləri bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi, dövlətlə həmrəylik nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, pandemiya dövründə millət vəkili Jalə Əliyeva bir neçə dəfə deputatı olduğu bölgəyə səfər edib, seçiciləri ilə görüşüb.
Bununla yanaşı, bu müddət ərzində millət vəkilinin təşkilatçılığı ilə Zərdabda tibbi maska paylanıb, sosial cəhətdən həssas olan bir neçə ailəyə yardımlar edilib.
Ramazan bayramında isə millət vəkili Zərdabın 6 kəndində – Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Məmmədqasımlı, Hüseynxanlı, Gödəkqobunda valideyn himayəsindən məhrum 15 uşağın bayramını təbrik edib.
Millət vəkilinin sonuncu – onlayn qəbulundan fotoların bəzilərini təqdim edirik.

Zerdab.com


Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 − 8 =