Zərdabda 18 kəndin qaz təchizatı ilə bağlı hansı işlər görülüb?

0

Zərdab rayonunda 4 min abonenti əhatə edən 18 kəndin qaz təchizatı yaxşılaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Zerdab.com saytına bildirilib ki, iyunun 11-də həmin kəndlər üzrə qaz təminatında mühüm rola malik Qarasu çayının üzərindən keçən qaz xətti tamamilə yenilənib.

2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair həyata keçirilən tədbirlər proqramına uyğun olaraq Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz xətti bərpa edilərək yenidən istismara verilib.

Diametri 219 mm olan polad kəmər, çay üzərindən 60 metrlik məsafəni dayaqlar üzərində, diametri 530 mm-lik borunun içərisi ilə aparılaraq keçirilib. Bu da qaz xəttinin dayanıqlığına tam zəmanət verir. Buna qədər həmin ərazidəki qaz xətti sel sularının təsirindən çay yatağının dəyişməsi zamanı xeyli aşağı düşmüşdü. Bəzi hallarda boru su altında qalırdı. Artıq Qarasu çayından keçən qaz xətti 4 metr hündürlüyündə dayaqlar üzərində təhlükəsiz şəraitdə istismar olunacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 − 4 =