Millət vəkilimiz Jalə Əliyeva növbəti onlayn qəbul keçirdi – Fotolar

0
26

Millət vəkili, professor Jalə Əliyeva Zərdab rayonundan olan seçiciləri ilə növbəti dəfə onlayn qəbul keçirib.

Zerdab.com saytı xəbər verir ki, seçicilərini 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən deputat bu əlamətdar günün əhəmiyyətindən danışıb. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti sarsılmaz və əbədidir. Qəbulda iştirak edənlər millət vəkilinin fikirləri ilə həmrəylik nümayiş etdirib, ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz sevgi və ehtiramlarını ifadə ediblər. Qəbulda vətəndaşları narahat edən məsələlər, həllini gözləyən problemlər müzakirə edilib. Qəbulda seçicilərin fərdi xarakterli xahişləri də dinlənilib. Qaldırılan məsələlərin həlli üçün yerli və mərkəzi icra orqanlarına deputat tərəfindən yazılı və şifahi müraciət edilib.

Zerdab.com