Zərdabın mərkəzi xəstəxanası koronaviruslu xəstələr üçün ayrıldı – RƏSMİ

0
Zerdab Rayon Merkezi Xestexanasi

Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Zerdab.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib.
Onun sözlərin görə, həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlanıb: “Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki həkim tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək”.
Direktor xəstəxanada COVID-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: “Göyçay xəstəxanasında 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən, 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əməkhaqlarını alacaqlar, ixtisar olmayacaq”.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 + one =