Millət vəkili Jalə Əliyeva Zərdabdakı qərargahında seçiciləri qəbul etdi – Fotolar

0
25

92 saylı Zərdab-Ucar Seçki Dairəsini parlamentdə təmsil edən millət vəkili, professor Jalə Əliyeva növbəti dəfə seçicilərlə görüşüb, onlardan bir neçəsini Zərdabdakı qərargahında qəbul edib.

Zerdab.com saytına verilən məlumata görə, iyunun 18-də baş tutan qəbul-görüşdə onlarla seçici, rayon sakini iştirak edib. Qeyd edək ki, görüş-qəbul zamanı ölkədə yaşanan koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə, şətlərinə təm əməl edilərək, tibbi maskalardan istifadə olunub, sosial məsafə gözlənilib. Qəbul zamanı rayon sakinləri, seçicilər ilk növbədə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində görülən işlərə, atılan çoxsaylı addımlara, həyata keçirilən siyasətə, insanların bu bəladan tezliklə qurtulması, onların güzəranın, sosial durumlarının pisləşməməsi üçün ard-arda verilən Fərman və sərəncamlara görə, ölkə Prezidenti İlham Əliyev və Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Seçicilər, rayon sakinləri hər zaman onların, Azərbaycan vətəndaşlarının yanında olan, onun qayğıları, problemləri ilə yaşayan Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin yanında dayandıqlarını, milli həmrəyliyə ehtiyac duyulan bu həsass və çətin günlərdə hər zaman vətəndaşlıq görəvlərini yerinə yetirməyə hazır olduqlarını və yerinə yetirməyə çalışdıqlarını dilə gətiriblər.

Eyni zamanda, deputatlarından öz minnətdarlıqlarını, dərin təşəkkürlərini ölkə Prezidentinə və Birinci xanıma çatdırmalarını xahiş ediblər. Millət vəkili də öz növbəsində son aylar dünyada və onun tərkib hissəsi olan Azərbaycan baş verənlərə qısa nəzər salıb, xüsusilə, pandemiyaya qarşı mübarizədə ölkə rəhbərinin qətiyyətli, cəsarətli addımları sayəsində böyük işlərin görüldüyünü bildirib. Qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, dövlət başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti və xalqı pandemiyanın daha ağır fəsadlarından və itkilərindən yan keçə bilib. Həmçinin, insanların sosial durumlarının yaxşılaşdırılması, iqtisadiyatın ayaqda qalması üçün 3,5 milyardlıq paket icraya yönəldilib ki, bu da bəzi dövlətlərin illik büdcəsi deməkdir.

Millət vəkili dövlət başçısının rəhbərliyi və onun ətrafında birləşən Azərbaycan xalqının növbəti səfərbərliyi, milli həmrəyliyi ilə bu bəladan da birlikdə xilas olacağımızı, qurtulacağımızı sözlərinə əlavə edib. Eyni zamanda, bir daha seçicilərdən, rayon sakinlərindən bu həsas və çətin dönəmdə, xüsusilə, sərtləşdirilmiş iki həftəlik xüsusi karantin rejiminin tələb və şərtlərinə istisnasız və birmənalı şəkildə əməl etmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, bunlar hamısı Azərbaycan xalqının sağlamlığının təmin edilməsi və qorunması ilə bağlı atılan addımlardır və bu baxımdan da, hər kəs səbr, təmkin, iradə, həmrəylik nümayiş etdirməlidir.

Sonra seçicilər tərəfindən onları düşündürən, narahat edən məsələlər ərtafında fikir mübadiləsi aparılıb. Yenə də yerli, lokal xarakterli bəzi problemlər dilə gətirilib, xüsusilə də, pensiyaların verilməsi, əliiliyin müəyyənləşdirilməsi, su, işsizlik və sair məsələlərin həllində köməklik göstərilməsi istənilib, xahiş olunub. Millət vəkili də öz növbəsində və öz səlahiyyətləri çərçivəsində adları çəkilən məsələlərin həlli istiqamətində üzərinə düşən işləri yerinə yetirməyə çalışdığını və çalışacağının bildirib. Qeyd edək ki, qaldırılan məsələlərdən də bəzilərinin həlli üçün elə yerindəcə yerli təşkilatlarla əlaqə saxlanılıb. Digər məsələlər isə respublika xarakterli olduğu üçün onlarla bağlı müvafiq əlaqadar təşkilatlara deputat tərəfindən müraciət olunacaq. Bütövlükdə görüş səmimi, isti ortam şəraitində baş tutub.

Seçicilər, rayon sakinləri deputatlarına hər daim onların problemlərini, istək və arzularını istər yerli səviyyədə, istərsə də, ölkə, parlament səviyyəsində dilə gətirdiyinə, həmin məsələlərin həllinə əksər hallarda nail olduğuna görə, öz minnətdarlıqlarını ifadə ediblər.