Həsən bəy Zərdabi həftəsi keçirilir

0
36

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə),” Odlar Yurdu” Gənclər Ictimai Birliyi, Azxeber.com İnformasiya Agentliyi, Press.az, Diasporpress.az Informasiya Mərkəzi, ZERDAB.COM saytı, Azərbaycan Maarifçilər Assosiasiyası, Qanunlaaz, Milli QHT Forumunun birgə təşəbbüsü ilə “İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixlərində Həsən Bəy Zərdabi Həftəsi” çərçivəsində Həsən Bəy Zərdabinin həyat və yaradıcılığının təbliği istiqamətində onlayn beynəlxalq və yerli video konfransların təşkili nəzərdə tutulur. 29 iyun 2020-ci il 15:00-da “Həsən Bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda gənclərin iştirakı ilə onlayn videokonfrans keçiriləcək. Konfrans “facebook” vasitəsilə ilə canlı yayımlanacaq.