Zərdab rayonuna virtual tur təşkil olunub – Video

0
zerdab-vakansiya-isci-axtarilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamı kimi virtual formada turlar həyata keçirir. Növbəti tur Zərdab rayonuna təşkil olunub.

Zerdab.com saytı xəbər verir ki, videoçarx Zərdab rayonunun giriş fotosu ilə başlayır. Bir şəhər, bir qəsəbə, qırx kənd olmaqla qırx iki yaşayış məntəqəsindən ibarət olan rayon ərazisinin təbiəti, tarixi abidələri, muzeyləri, ziyarətgahları, sənətkarlıq sahələri, müasir tikililəri və rayonun iqtisadiyyatı ilə bağlı məlumatlar toplanaraq videoçarx formasına salınıb. Videoçarxda bitki və heyvanat aləmi təsvir edilib. Bitkilər sırasında qovaq, alma, heyva, tut, söyüd, gilas, gavalı, heyvanlar və quşlar sırasında qırqovul, tülkü, turac, alabaxta, bülbül, sığırçın və digərlərinin fotoları toplanıb.

Kür çayı boyunca uzanan Tuqay meşələrinin təsviri videoda fotolarda əks olunub. Videoçarxda Həsən bəy Zərdabinin ev-muzeyi ilə yanaşı, digər muzeylərin və Veysəl Qarani (Üveys Qarani) ziyarətgahının fotoları, görkəmli şəxsiyyətlərin siyahısı da verilib. Zərdabda tarixən inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıqla bağlı fotolar izləyicilərə təqdim edilib.

Azərbaycan mətbəxinə rəng qatan Zərdab mətbəxi düyü və umac halvaları, döşəməli və lobyalı plovları, balıq buğlaması və dovğası ilə videoçarxda nümayiş olunur. İcra hakimiyyətinin binası, rayondakı Heydər Əliyev Mərkəzi, Veteranlar evi, Yaradıcılıq evi, Heydər Parkı və digər istirahət mərkəzlərinin fotoları da yer alıb.

Videoçarx Zərdab rayonun iqtisadiyyatına aid pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq, heyvandarlıq sahələrinin adı çəkilir və fotolarının nümayişi ilə yekunlaşır.

Videoçarx “Zərdab” mahnısı ilə müşayiət olunur.

“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür. Azərbaycanın rayonları haqqında silsilə videoçarxların hazırlanması davam edir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × one =