Zərdab kümçüləri 61 tondan çox yaş barama tədarük ediblər

0
40

Zərdab rayonunda yaş barama tədarükü başa çatıb və kümçülər tərəfindən “Azəripək” MMC-yə 61 ton 609 kiloqram məhsul təhvil verilib.

Zerdab.com saytı xəbər verir ki, cari mövsümdə rayonda 713 nəfər kümçü ilə 1700 qutu ipəkqurdu toxumunun bəslənməsi ilə bağlı müqavilə bağlanıb. Bu işlə 3 min nəfərdən çox rayon sakini məşğul olub. 2016-cı ildə cəmi 5710 kiloqram yaş barama tədarük olunan bölgədə hazırda bu göstərici 10 dəfədən çox artıb. Qeyd edək ki, baramaçılar üçün çətin keçən cari mövsümdə təcrübəli kümçülər Gəlmə kəndindən Abdul Orucov 487 kiloqram, Çallıdan Elçin Xəlilov 523 kiloqram, Məliklidən İsrayıl Abbasov 415 kiloqram məhsul əldə ediblər.