Zərdabda “Həsən bəy Zərdabi həftəsi”nə start verilib

0
29
zerdab-vakansiya-isci-axtarilir

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan mətbuatının 145 illik yubileyi münasibəti ilə “Həsən Bəy Zərdabi həftəsi”nə start verilib. Zerdab.com saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixli sərəncamı və görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin doğum gününə həsr olunmuş həftə çərçivəsində Zərdab Rayon Gənclər və İdman İdarəsi, Zərdab Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon gənclərinin, ziyalı və müəllimlərinin iştirakı ilə 08 iyul 2020-ci il 16:00-da Zərdab rayonunun gənclər, müəllim, şagird və ziyalılarının iştirakı ilə videokonfrans təşkil olunub. Təqdimat zamanı Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı, xidmətləri haqqında geniş məlumat verilib, irsin və milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı təkliflər səsləndirilib. Həftə çərçivəsində digər tədbirlərin də təşkili nəzərdə tutulur. Qeyd edək ki, tədbirin informasiya dəstəkçilərindən biri də Zerdab.com saytıdır.