Zərdabda Kürdə batan şəxslərin meyitləri tapıldı – VİDEO

0

Zərdabda Kürdə batan şəxslərin meyitləri tapılıb.
Zerdab.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 9-da Kür çayında 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova batıb. Nahidə İsmayılova batan kiçik qardaşını xilas edərkən özü boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən ilk olaraq onun meyiti tapılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 4 =