“Heç bir ərazi itkimiz yoxdur” – Azərbaycan MN

0
25

“Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”.


Zerdab.com saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir”.