Zərdabişünas alim Eldəniz Həsənov “Heydər Zirvəsi” medalı ilə təltif olunub – Fotolar

0
hesen-bey-zerdabi-irsi-eldeniz-hesenov

Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və Ali Media Mükafatı laureatı, həmyerlimiz Eldəniz Əli oğlu Həsənov “Qafqaz-Media” İctimai Birliyinin “Heydər Zirvəsi” medalına layiq görülüb. Zerdab.com saytına verilən məlumata görə, medalın təqdimetmə tədbirində Zərdab rayonundan millət vəkili, professor Jalə Əliyeva, həmyerlimiz, sahibkar Vəfa Muradzadə, Həsən bəy Zərdabi irsinin Təbliği Təşəbbüs Qrupunun fəallarından olan Seymur Bayramov, Zərdabi nəslinin davamçısı Nüsrət Məlikov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Qafqaz-Media” İctimai Birliyinin sədr müavini Sahilə Abdullayeva medalın ölkəmizdə elmin, təhsilin, incəsənətin inkişafında xidmətləri olan ziyalılara verildiyini vurğulayıb.

S. Abdullayeva bu medala layiq görülməsi münasibəti ilə Eldəniz Həsənovu təbrik edib və ona fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Daha sonra Eldəniz Həsənova “İlhamlı Azərbaycanım” diplomu, Milli Mətbuatın145 illik yubileyi münasibətilə “Heydər Zirvəsi” medalı və “Qızıl Kitab” diplomu təqdim edilib.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Ali Media Mükafatı laureatı E. Həsənov əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib və Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsinin tədqiqi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

E. Həsənov müəllifi olduğuHəsən bəy Zərdabi irsi, keşməkeşli həyat yolu” adlı dəyərli monoqrafiyasını və “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı kitabını “Qafqaz-Media” İctimai Birliyinə  təqdim edib.

Tədbir çay süfrəsi arxasında ziyalıların müzakirəsi ilə davam etdirilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × one =