Zərdab rayonu üzrə gənclər işə dəvət olunur – VAKANSİYA

0

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün yeni vakansiyalar elan edir!

Zerdab.com saytına verilən məlumata görə, bununla əlaqədar Ağdaş, Ağsu, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Qobustan, Salyan, Siyəzən, Şirvan, Tovuz, Ucar, Xızı, Yardımlı və Zərdab rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzlərinə direktor, könüllülər üzrə mütəxəssis, tədbirlər və layihələr üzrə mütəxəssis və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilir. 

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və “GencApp” mobil tətbiqi vasitəsilə 15 oktyabr 2020-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 2 =