ADİU-nun müəllimi, həmyerlimiz Əlili Amil Ağaismayıl oğlu

9
66

Əlili Amil Ağaismayıl oğlu 28 yanvar 1978-ci ildə Zərdab rayonunda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) bakalavr pilləsini və 1999-cu ildə magistratura şöbəsinin “İşçi heyətinin idarəedilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə müdavimdir. Əlili Amil Ağaismayıl oğlu 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında əmək fəaliyyətinə başlayıb, “Müəssisə gəlirlərinin formalaşması və bölüşdürülməsində işçi heyətinin iştirakı və onun sosial-iqtisadi problemləri” mövzusunda namizədlik dissertasiyası üzrə elmi-tədqiqat işləri aparıb. Respublikada keçirilən müxtəlif elmi-praktiki konfransların iştirakçısı və məruzəçisi olub. 2007-ci ildə JİCA təşkilatının xətti ilə Yaponiyada “Biznes menecmenti” üzrə təlim kursu keçib, müxtəlif dövrlərdə isə İrlandiya, Misir, Türkiyə və s ölkələrdə iqtisadi inkişaf təcrübəsinin öyrənilməsi məqsədilə təlim səfərlərində olub. Evlidir.

9 ŞƏRH

  1. Salam, hal-hazırda Amil müəllim bizə “İnsan resursları və insan resurslarının idarə edilməsi” fənnini tədris edir, biz ümumiyyətlə 3 il ərzində belə müəllim görməmişdik, çox savadlı insandı, məncə, çox savadlı psixoloqdur desəm yanılmaram. Allah belə müəllimləri daim var eləsin!

  2. Novosibirsikide yasayan agsaqqallar varki sayelerinde Zerdab ehli is imkanlarindan temin olunur 🙂

  3. tanidigimiz bir insan haqqinda kiminse yersiz reyleri dogrudan da adami meyus edir. ilk once novosibirsk agsaqqallarinin genc ziyaliya ne aidiyyeti var. Elave olaraq 1 nefer haqda hamidan terif esitmek de mumkun deyil. esas odur ki menim tanidigim Amil muellimi islediyi kollektivde ve yasadigi muhitde esasen musbet qiymetlendirildiyin gorurem

Comments are closed.