Zərdabdan Prezidentə yazırlar – Məktublar

0
zerdab-rayonu

Prezident İlham Əliyevə Azərbaycanın müxtəlif bölgələrindən məktublar göndərilir.

Zerdab.com saytı dövlət başçısının rəsmi saytına son dövrlər Zərdab rayonundan göndərilmiş məktubların bəzilərini olduğu kimi təqdim edir:

Hörmətli cənab Prezident.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun əsaslı olaraq yenidən qurulması bu rayonların kənd sakinlərini ürəkdən sevindirmişdir. Biz kəndlilər bunu Sizin bizə göstərdiyiniz yüksək diqqət və qayğının təzahürü kimi qiymətləndiririk. Qeyd olunan rayonlararası avtomobil yolu əhatəsində olan kəndlərdə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcəkdir. Belə ki, indi biz fərdi təsərrüfatlarımızda istehsal olunan kənd təsərrüfatı məhsullarını rahat şəkildə respublikamızın digər bazarlarına çıxara biləcəyik, rayon mərkəzlərinə gediş-gəlişimiz asanlaşacaqdır. 2018-ci ildə başlanmış yolun tikintisi cari ildə sürətlə davam etdirilir. Yol bizim kəndimizdən bir qədər aralıdan keçir. Amma ötən illərdə bizim kəndimizin yolu da yenidən tikilib istifadəyə verilmişdir. Ulu Öndərimizin sözü ilə desək, yol mədəniyyət deməkdir, yol iqtisadiyyat deməkdir. Hazırda Ucar-Zərdab-Ağcabədi yolunda son tamamlanma işləri gedir. Buna görə də bu bölgədəki sakinlər sevinc içərisindədirlər. Bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə bölgədəki ağsaqqalların adından minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun.

Hörmətlə, İsmayılov Fərman Tərlan oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu, İkinci Alıcanlı kəndi.

***

Möhtərəm cənab Prezident.

Sizin sosial məsələlərə böyük diqqət yetirməyiniz ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Bu gün Azərbaycanda sosialyönümlü siyasət həyata keçirilir və təsadüfi deyil ki, dövlət büdcəsində sosial xərclər böyük yer tutur. İşsizliyin aradan qaldırlması, əhalinin məşğulluğunun təmin edilməsi də vacib məsələlərdən biri kimi qarşıya qoyulub. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə işsizliyin səviyyəsi hazırda minimum səviyyədədir.

Mənim oğlum bir müddət idi ki, işsiz idi. Maddi durumu yaxşı vəziyyətdə deyildi. Bu yaxınlarda müraciətimiz əsasında o, işlə təmin olundu.

Cənab Prezident, oğlumun işlə təmin olunmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz həmişə Sizinlə olmuşuq və bundan sonra da olacağıq. Allah Sizi qorusun.

Hörmətlə, Fətiyev Səhrab Bəylər oğlu, 2-ci qrup əlil.

Azərbaycan Respublikası, Zərdab rayonu, İsaqbağı kəndi.

***

Möhtərəm cənab Prezident.

Sizin apardığınız islahatlar nəticəsində ölkənin bütün sahələrində olduğu kimi, səhiyyədə də inkişaf göz qabağındadır. Bu sahənin inkişafına, savadlı həkim personalının yetişdirilməsinə görə atdığınız addımlar bizim daha sağlam, daha xoşbəxt yaşamağımıza xidmət edir. Məhz bu tədbirlər xalqımızı koronavirus bəlası ilə mübarizədə çox itkilər verməkdən qorudu.

Bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Müasir tələblərə cavab verən tibb müəssisələrində müalicə alanda, ətrafdakı inkişafı görəndə sadə insanların qəlbi dağa dönür.

Keçən ay ana olmağa hazırlaşan övladım Nahidə Qənbərovanın səhhətində narahatlıq yarandı. Ailəmiz çox ağır günlər yaşadı. Lakin fədakar həkimlərimizin sayəsində qızım və yeni doğulan körpə ölümdən xilas oldu. Dövlətimizə, öz peşəsinə sədaqət andı içən həkimlərimiz bu gün həmin andı əməlləri ilə doğruldurlar. Bizim sağlamlığımız üçün həyatlarını təhlükəyə atan həkimlərimizə borcluyuq.

Cənab Prezident, bütün sahələrdə, xüsusilə səhiyyənin inkişafı üçün görülən işlərə görə Sizə və Mehriban xanım Əliyevaya “çox sağ olun” deyirik.

Allah Sizləri qorusun.

Hörmətlə, Yediyarov Neman Qulam oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu, Gəlmə kəndi.

***

Hörmətli cənab Prezident.

Biz ailədə 5 nəfərik. Həyat yoldaşım gözdən əlildir, işləmir. Üç azyaşlı övladım var. Mənzil şəraitimiz çox dözülməz idi. Bununla əlaqədar müraciət etmişdik. Qısa müddətdə müraciətimizə baxıldı və bizə böyük sevinc bəxş olundu. Mənzil-məişət şəraitimiz yaxşılaşdırıldı. Yeni evimizdə özümüzü çox xoşbəxt hiss edirik. Buna görə, ilk növbədə, Sizə minnətdarıq. Sizin ölkə əhalisinə diqqətiniz, məmurlar qarşısında qoyduğunuz tələblər üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasında müstəsna əhəmiyyətə malikdir.

Əziz Prezidentimiz, ailəm adından Sizə minnətdarlığımızı bildirirəm. Ömrümün sonunadək Sizə duaçı olacağam. Allah Sizi bütün arzu və niyyətlərinizə çatdırsın.

Hörmətlə, Cavadova Elnarə Şıxı qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu, Lələağacı kəndi.

***

Hörmətli cənab Prezident.

Su əkinçiliklə məşğul olan kəndli üçün vacib şərtlərdən biridir. Son zamanlar Sizin tapşırığınıza əsasən suvarma suyunun vaxtında və lazımı normalarla verilməsi, növbəli əkin sisteminin düzgün tətbiq edilməsi istiqamətində böyük işlər görülür.

Havaların quraqlıq keçməsi bu il əkin sahələrinin suvarılmasında çətinliklər yaratdı. Məhsulumuzun məhv olması, ailəmizin dolanışığının pisləşməsi təhlükəsi ilə üzləşdik.

Sizə müraciətimizdən sonra tapşırığınıza əsasən dərhal əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qaldırıldı. Siz həmişə ümid, güvən yerimizsiniz, bu dəfə də belə oldu.

Fəxr edirik ki, Sizin kimi xalqın qayğısına qalan rəhbərimiz var.

Hörmətlə, İsmayılov Pəhlivan Azərbaycan Respublikası, Zərdab rayonu, Qoruqbucağı kəndi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 + one =