Zərdablılar əsgərlərimizə dəstək üçün görün nə edirlər – Halal olsun * FOTOLAR

0
zerdab-orduya-destek1

Zərdab Rayon Gənclər və İdman İdarəsi və könüllüləri tərəfindən başladılan “Biz birlikdə güclüyük!” adlı dəstək kampaniyası çərçivəsində cəbhə zonasına ilk səfər baş tutub.

Zerdab.com saytına verilən məlumata görə, dəstək kampaniyasına qoşulan vətənpərvər həmyerlimizin sayəsində böyük həvəslə hazırladığımız sovqatları ön cəbhədə döyüşən igidlərimizə çatdırılması təmin edilib.

“Sözsüz ki, Azərbaycan Ordusunun təminatı yüksək səviyyədədir. Bizim çalışdığımız isə onlara mənəvi dəstəyimizi bildirməkdir. Bu məqsədlə də yeşiklərin üzərlərinə ürək sözlərimizi yazmağı da unutmadıq.

Əlavə olaraq qeyd edim ki, şəffaflığının təmin olunması məqsədi ilə kampaniyamıza qoşulan bütün dostlarımızın adlı siyahısı açıqlanacaq. Kampaniyamız davam edir. Növbəti tədbirimizin digər azad olunan torpaqlarımızda baş tutması arzusu ilə”, – deyə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açıqlamasında bildirib.  

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

7 + six =