“İctimai nəzarət qrupları” Zərdab rayonunda

0
ictimai-nezaret-zerdab

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik istiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.
İctimai nəzarət qruplarında fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri Bakıda və 15 rayonda fəaliyyət göstərərək ictimaiyyət arasında maarifləndirmə işləri aparırlar. Zerdab.com saytına verilən məlumata görə, layihənin təşkilinə həmçinin Zərdab rayonunda “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən nəzarət olunur.
Azərbaycan Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına dəstək olaraq yaradılan və mərhələli şəkildə fəaliyyət göstərən qrupların fəaliyyətində pandemiya ilə əlaqədar müəyyənləşdirilən qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılması, eyni zamanda hazırkı vəziyyətlə əlaqədar vətənpərvərlik istiqamətində fəaliyyət göstərilir.


Bildiyimiz kimi, ölkəmiz həm virusla mübarizə, həm də Ermənistanın təxribatları ilə mübarizə aparır. İctimai nəzarət qrupları arxa cəbhədə əhalinin hər iki mövzuda maarifləndirilməsinə dəstək olur. Bildirilir ki, həkimlərimiz ön cəbhədə yaralı əsgərlərimiz üçün vuruşur. Həkimləri iki cəbhəyə ayırmayaq. Sağlamlığımıza diqqət edək, özümüzü COVID-19 virusundan qoruyaq.
Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatları, mülki əhalinin hədəf alınması və qismən səfərbərliyin elan olunduğu bir vaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır. Bununla yanaşı, cəbhədən ordumuzun apardığı əməliyyatlarla bağlı videoların yayılması və bunun yaratdığı təhlükələr olduqca aktualdır. Bu səbəbdən “ictimai nəzarət qrupları” cəmiyyətdə təkcə koronavirusdan qorunma üsulları deyil, eyni zamanda, vətənpərvərlik, dezinformasiyanın və düşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərin yayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmə tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, “ictimai nəzarət qrupları” tərəfindən insanlar arasında ruh yüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmi atributu olan dövlət bayraqları təqdim olunur.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × one =