Həmyerlimiz, Bakı Dövlət Universitetinin dosenti Rafiq Qurbanov vəfat edib

0
rafiq-qurbanov-zerdab-bdu

Həmyerlimiz, Bakı Dövlət Universitetinin dosenti Rafiq Qurbanov vəfat edib. Rafiq Qurbanov 1941-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olub. 1965-1969-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb. 1970-1972 -ci illərdə Zərdab rayonunun Əlvənd kənd orta məktəbində tarix müəllimi işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində baş laborant işləyib. 1973-1976-cı illərdə “SSRİ tarixi” kafedrasının dissertantı olub. 1980-ci ildə “Azərbaycanda xalq maarifinin inkişafı (1962-1970-ci illər, ümumi orta təhsilə keçid)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1992-ci ildən “Türk və Qafqaz xalqları tarixi” kafedrasında müəllim, baş müəllim və dosent işləyib. Tarix fakültəsində tarix və Regionşünaslıq – Qafqazşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə “Qafqaz tarixi”, Regionşünaslıq – Qafqazşünaslıq ixtisası tələbələrinə “Gürcüstan tarixi” və “Dağıstan tarixi” fənlərini tədris edib.

Həmyerlimiz bu günlərdə 79 yaşında vəfat edib.

Allah rəhmət eləsin.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × three =