Koronavirusa yoluxmuş Zərdab sakini Mingəçevirə gedirmiş – Postda saxlanılıb

0
29
zerdab-rayonu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, COVID-19 virusunun daşıyıcısı olan Zərdab rayon sakini Elvin Məmmədli Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb.

Zerdab.com saytı xəbər verir ki, əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı rayonda qeydiyyatda olduğu ünvana geri qaytarılıb.

Faktlarla bağlı araşdırma aparılır.