Lütvəli Babayev Prezidentə məktub yazdı – Məktubun mətni

0
lutveli-babayev

Azərbaycan tarix boyu bir çox çətinliklərə düçar olsa da, bütün bunlara mərdliklə sinə gərmişdir. Bugünkü Azərbaycanın Qələbəyə gedən yolu ulu öndər Heydər Əliyevin 1969-cu ildə ölkəyə rəhbərliyi dövründən başlamışdır. Ölkəmizin iqtisadi, siyasi, elmi və mədəni potensialı hələ sovetlər dönəmində bir çoxlarını qıcıqlandırırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə, xüsusilə Qarabağ tarixinə diqqəti, oranın əzəli Vətənimizin bir parçası olması barədə kəlamları və ölkəmizin inkişafı üçün fəaliyyəti danılmaz sübutdur. Təəssüf ki, Azərbaycanın keçmiş səriştəsiz rəhbərləri bu fəaliyyəti davam etdirmədilər. Nə yaxşı ki, Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyev dövlətə başçılıq etdi. Azərbaycanın yüksəlişi o vaxtdan başladı. Onun həyata keçirmək istədiyi, lakin yarımçıq qalmış layihələrini, nə gözəl ki, Siz davam etdirirsiniz.

Azərbaycan torpaqları bir neçə əsr ərzində işğala məruz qalmışdır. Qarabağın erməni faşistləri tərəfindən işğalına heç dözmək olmurdu. Onlar öz işğallarını dünyaya yalandan haqq mübarizəsi kimi təbliğ edirdilər. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə dünya ictimaiyyətinə ermənilərin iç üzünü açmış, onların qəsbkarlığını sübut etməyə müvəffəq olmuşdu.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Sizin rəhbərliyinizlə Azərbaycanın müzəffər ordusunun qələbələri, xüsusilə Şuşanın işğaldan azad olunması və düşmənin kapitulyasiya aktını imzalaması xalqın qüruru, ləyaqəti və baş ucalığıdır. Bu qələbələr Sizin gərgin əməyinizin nəticəsidir. Həmin qələbələrə Azərbaycan xalqı ilə yanaşı Vətənin hər daşı-torpağı, gülü-çiçəyi, canlı aləmi, habelə şəhidlərimizin və əcdadlarımızın da ruhları sevinir. Cənab Prezident, Siz Azərbaycana uğur və zəfər gətirirsiniz. Siz Azərbaycanın Uğurlu Prezidentisiniz. Mənə elə gəlir ki, gələcək nəsil tarix kitablarında adınızın qarşısında “Uğurlu Prezident” sözünü mütləq yazacaqdır.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi Azərbaycan Bayrağını işğaldan azad olunmuş ərazilərdə ucaltmağınız münasibətilə ailəm adından təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Qoy ədalət zəfər çalsın! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Babayev Lütvəli,

Yeni Azərbaycan Partiyasının üzvü, 2-ci dərəcəli vətənə xidmət ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının tərtibçisi, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, Mingəçevir şəhər və Zərdab rayon icra hakimiyyətlərinin keçmiş başçısı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

7 − 4 =